medvedev

“Bəzi dövlətlər Cənubi Qafqaz ölkələri arasında parçalanma yaratmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Onlar Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bu doğrudur. Biz bunu ehtiyatla izləyirik”, – deyə o qeyd edib.

Rusiya rəsmisi Qərbin Gürcüstanla bağlı siyasətinə də toxunub.

O bildirib ki, Qərb dünyası bir müddət əvvəl Gürcüstana NATO üzvlüyü təklif edib, lakin bundan müsbət nəticə əldə olunmayıb.

“Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə gətirib çıxarıb”, – deyə Medvedev vurğulayıb.

O, Ermənistanda baş verən proseslərə də diqqət çəkib.

Medvedevin sözlərinə görə, hazırda Ermənistanda vəziyyət dəyişir və ölkə rəhbərliyi respublikanın inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib.

Qeyd edək ki, Moskva son dövrlərdə Cənubi Qafqazda Qərbin artan fəallığı ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. Medvedevin son açıqlaması da regionda geosiyasi rəqabətin davam etdiyi bir vaxtda səslənib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: