Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə rayonun Səfərli kəndində baş verib.
2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.
Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.
Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, oktyabrın 2-də Ağdam rayon sakini tərəfindən nəvəsinin gecə saatlarında yaşadığı evdən çıxması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.
Hazırda faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır və onun olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.