“Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotun zərərsizləşdirilməsində iştirak edən israilli sərnişinin santexnik olduğu məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.
O, hadisə zamanı Yaniv adlı sərnişindən silahlı pilotu necə zərərsizləşdirdiyini və təyyarənin təhlükəli eniş rejimindən çıxarılmasına necə kömək etdiyini soruşub.
Santexnik isə qısa şəkildə “Sadəcə bunu etməli idim” cavabını verib.
ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlamasında Yanivin daha əvvəl heç vaxt təyyarə idarə etmədiyini bildirib.
Trampın sözlərinə görə, həmin şəxs “Aviaqəzaların araşdırılması” televiziya proqramına mütəmadi baxırmış və verilişdən belə vəziyyətlərdə idarəetmə sükanının özünə doğru çəkilməli olduğunu öyrənib.
Xatırladaq ki, hadisə sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” təyyarəsində baş verib.
174 nəfərin olduğu laynerdə ikinci pilotun birinci pilota bıçaqla hücum etdiyi bildirilir.Sərnişinlərin və digər pilotların müdaxiləsindən sonra təyyarə Səudiyyə Ərəbistanında məcburi eniş edib.
Safura Bənnayeva
Globalinfo.az