makron bricit

Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makron Yelisey sarayında şam yeməyi zamanı özünü zarafatla kişi kimi təqdim edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə fransız siyasi jurnalist Florian Tardifinin “Demək olar ki, mükəmməl cütlük” kitabında qeyd edilib.

Müəllifin sözlərinə görə, hadisə Yelisey Sarayının məsləhətçilərindən biri ilə Milad şam yeməyi zamanı baş verib. Bricit Makron qohumlarını sadalayarkən Jan-Mişel adını çəkib, sonra gülümsəyərək özünü düzəldib və “Xeyr, bağışlayın… Jan-Mişel mənəm” deyib. 

Tardif bu ifadənin zarafatla edildiyini vurğulayır. Lakin Fransanın birincin xanımın daha əvvəl də eyni adla bənzər zarafat etdiyi bildirilir. 

Qeyd edək ki, Fransa mətbuatında Bricit Makronun əslində kişi olduğuna dair iddialar yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: