ABŞ Prezidenti Donald Tramp müşavirləri ilə dizel yanacağının ixracının dayandırılması məsələsini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, müşavirlər Prezidentə bir sıra variantlar, o cümlədən dizel yanacağının beynəlxalq satışına məhdudiyyət qoyulmasını təqdim ediblər.
Administrasiya rəsmiləri mümkün tədarük problemləri barədə ABŞ-ın xarici müttəfiqlərinə, o cümlədən Böyük Britaniyaya məlumat veriblər.
Ağ Ev rəsmisi qəzetə bildirib ki, Tramp ölkə daxilində yanacağın qiymətlərini azaltmaq üçün mümkün variantları nəzərdən keçirir.
Hazırda bununla bağlı hər hansı qərar qəbul edilməyib.
Əliyar Xəlil
Globalinfo.az