tramp iran

“Bu həftə Qətərin ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq məqsədilə göstərdiyi vasitəçilik səyləri uğursuzluqla nəticələnib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, buna səbəb tərəflərdən heç birinin güzəştə getmək istəməməsidir.

Mənbələrdən biri deyib: “İranlılar ABŞ-ın razılaşmağa hazır olmadığı tələbləri irəli sürürlər. ABŞ isə qalib gəldiyini düşünür və buna görə də kompromisə getməyə ehtiyac görmür”.

Qeyd olunur ki, tərəflər hərbi qarşıdurmanın yenidən başlamasının mümkünlüyü barədə getdikcə daha çox düşünürlər.

ABŞ rəsmiləri hesab edirlər ki, Prezident Donald Tramp aralıq seçkilərdən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə əmr verə bilər.

“Axios”un mənbələri əlavə ediblər ki, Qətər hakimiyyəti vasitəçilik səylərini davam etdirəcək.

Lakin hər iki tərəfin atdığı addımlar Dohada getdikcə daha çox məyusluq yaradır.

Məlumata görə, Qətərin vasitəçisi Əli əl-Təvadi Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə görüşərək kompromis planı təklif edib. Plan həm Tehranın ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılması tələbinin, həm də Vaşinqtonun İrandan nüvə sahəsində güzəştlərə getmək tələbini təmin etməyə yönəlib.

Əli əl-Təvadi, həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner və digər amerikalı rəsmilərlə görüşüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: