yol t%C9%99miri 1200 3

“Hazırda xəstəxanadayam, özümü yaxşı hiss etmirəm, ağrılarım çoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

“Sabah bir sıra müayinələrdən keçməliyəm. Həkimlər bundan sonra yekun nəsə deyəcəklər. Yəqin ki, bir-iki gün çəkər. Yeyirəm, gəzirəm, amma ağrılarım var. Xəstəliklərim bir deyil, iki deyil, çoxdur. Görək nə olur. İnşallah, yaxşı olar.

Bunlar düzələn şeylərdir, mən bir az incimişəm. İnsanlarımızın unutqanlığından incimişəm. Uzun illərdir sənətə xidmət edirəm, bu sənətə can qoymuşam, amma bu gün baxıram ki, nə bilim, sanki heç nə gözdə deyil. Unutqanlıq adamı daha çox incidir. Ömür boyu halal qazanmışam – çalmamışam, çapmamışam. İndi arada düşünürəm ki, gərək belə olmazdı.

Qismət Allahdandır, nə olacaqsa, olacaq. İnşallah ki, yaxşı olar”, – deyə Şeyx Əbdül bildirib.

***19:18

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirilib.

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

O, mədə-bağırsaq, göz və bronxlarla bağlı problemlər yaşadığını, hazırda müayinələrin davam etdiyini bildirib. Həkimlərin yekun rəyi müayinələrdən sonra açıqlanacaq.

Qeyd edək ki, aktyor bir müddət əvvəl də səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu.

Paylaş: