qezza 99

Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən başlayan müharibə nəticəsində ölənlərin sayı 74 min 23-ə çatıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara daha bir şəxsin meyiti gətirilib, 13 nəfər isə yaralanıb.

Nazirliyin məlumatına görə, 2025-ci ilin oktyabrında əldə olunan atəşkəsdən sonra ölənlərin sayı 1 422, dağıntılar altından çıxarılan meyitlərin sayı 834, yaralananların sayı isə 4 996 nəfərə yüksəlib.

Ümumilikdə 7 oktyabr 2023-cü ildən etibarən Qəzzada 74 023 nəfər ölüb, 175 111 nəfər yaralanıb.

Paylaş: