Simonyan

“Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan əməliyyat olunduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında foto paylaşıb.

“Dünən gecə əməliyyatım başa çatdı. Dua edən hər kəsə təşəkkür edirəm. Hələ xəstəxanadayam, bir az da dua edin”, – deyə izləyicilərinə müraciət edib.

Jurnalist əlavə edib ki, əməliyyat altı ay əvvəl aldığı şüa terapiyasının yaratdığı yan təsirləri aradan qaldırmaq üçün həyata keçirilib.

Sentyabrın 9-da Simonyan remissiyada olduğunu açıqlamışdı. RT rəhbərinin sözlərinə görə, son müayinəsində yeni bədxassəli şiş əlamətləri aşkarlanmayıb. Bununla belə, jurnalist vurğulayıb ki, bu, hələ xəstəliyə qalib gəldiyi anlamına gəlmir.

Simonyanda xərçəng xəstəliyinin aşkarlanması barədə 2022-ci ilin sentyabrında məlumat yayılmışdı. Jurnalist əməliyyat olunaraq döşlərindən biri götürülüb. O, həmçinin kimyaterapiya, şüa terapiyası və hormonal müalicə alıb.

si

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: