Slovakiyada məktəbdə silahlı hücum qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “JOJ” telekanalı məlumat yayıb.
Belə ki, Slovakiyanın şimal-qərbində yerləşən Staşkov yaşayış məntəqəsində məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub.
“Vəziyyət nəzarət altındadır və hazırda heç kəs üçün birbaşa təhlükə yoxdur”, – deyə polis açıqlamasında qeyd edib.
Məlumata görə, şagird iti alətdən istifadə edərək sinif yoldaşlarına və müəllimə hücum edib.
Qeyd edək ki, sentyabrın 22-də Manisanın Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı hücum nəticəsində 11 şagird yaralanmışdı. Onlardan ikisinin vəziyyəti ağır olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az