santaj 1

Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qız şantaj edilib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, futbol məşqçisi olan Bakı şəhər sakini Faiq Əhmədov (soyad şərtidir) universitetin tələbəsi olan Gülnarla (ad şərtidir) tanış olub və aralarında münasibət yaranıb. Bir müddətdən sonra Faiq Gülnarın rəfiqəsi olan Xəyalə (ad şərtidir) ilə də tanış olub. Məlum olub ki, Xəyalə Coşqun adlı şəxslə sevgilidir. Bir gün o, universitetinin yaxınlığındakı stadionda futbol oynayarkən Xəyalənin sevgilisi Coşqunla dalaşdığını və huşunu itirdiyini görüb. Coşqunun onu yardım etmək məqsədi ilə qucağına götürərək yaxınlıqdakı tibb məntəqəsinə apardığını görüb.

Bir neçə gündən sonra o, Xəyalə ilə görüşərək, guya Coşqunun onu qucağına götürdüyü vaxt universitet tələbələri tərəfindən videoya çəkildiyini və videonun yayıldığını bildirib. Faiq bunu bəhanə edərək tələbə qızdan videoların silinməsi üçün pul tələb edib. O, bu məqsədlə Xəyalədən ayrı-ayrı vaxtlarda iki dəfə 500, daha sonra 800, 200 və 100 manat olmaqla ümumilikdə 2100 manat alıb. Bununla sakitləşməyən Faiq Xəyaləni yaşadığı mənzilə çağırıb və ona təcavüz edib, tələbə xanımla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faiq daha sonra Gülnardan da 900 manat və notbuk alıb, qaytarmayıb.

Tələbələrin şikayəti əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Faiq Əhmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə faktlar sübuta yetirilib və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əhmədov 11 il azadlıqdan məhrum edilib.

Paylaş: