Putin sad

“Liberal Demokrat Partiyasının (LDPR) mərhum təsisçisi Vladimir Jirinovskinin yoxluğu, xüsusilə hazırkı dövrdə hiss edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşündə deyib.

Belə ki, LDPR lideri Leonid Slutski sonuncu Dövlət Duması seçkilərinin Jirinovskinin vəfatından sonra partiyanın iştirak etdiyi ilk seçki olduğunu xatırladıb.

Ardınca Putin bunları qeyd edib:

“Doğrudan da seçkilər Vladimir Volfoviç Jirinovskisiz keçirildi. Təbii ki, onun çatışmazlığını hiss edirik, xüsusilə də indiki şəraitdə”.

Xatırladaq ki, Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra 6 aprel 2022-ci ildə, 75 yaşında vəfat edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: