1536x864 cmsv2 e8d4105c f018 5892 a814 2610ea6b6788 9901614

Türkiyəli komediyaçı Dəniz Göktaş 88 gün həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Göktaş iyulun 2-də xaricdən Türkiyəyə qayıdarkən saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. Komediyaçı əhalinin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etməkdə ittiham olunurdu.

O, təxminən üç ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: