elim

Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Rusiya Federasiyasında, Çebarkul poliqonunda KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2026” komanda-qərargah təlimlərinin, eləcə də “Axtarış-2026” və “Eşelon-2026” xüsusi təlimlərinin açılış mərasimi keçirilib”, – deyə nazirlikdən bildirilib.

KTMT-yə üzv ölkələrin nümayəndələri bir gün əvvəl Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan Rusiyaya gəliblər.

Təşkilatın Birləşmiş Qərargahının mətbuat xidmətinin məlumatına görə, “Axtarış-2026” xüsusi təlimi çərçivəsində KTMT-nin Kollektiv Operativ Reaksiya Qüvvələrinin maraqları naminə kəşfiyyatın təşkili və aparılması məsələləri üzərində iş aparılır.

“Eşelon-2026” təlimində isə maddi-texniki təminatın təşkili məsələləri üzrə məşqlər keçirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: