“Almaniya Qərblə deyil, Rusiya ilə əməkdaşlıq etsəydi, indiki vəziyyətindən daha yaxşı durumda olardı”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Cekson Hinkl deyib.
“Sentyabrın 26-da Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniyanın xarici işlər naziri Yohann Vadeful arasında qapalı formatda 20 dəqiqəlik görüş keçirilib.
Lavrovun sözlərinə görə, Almaniya XİN rəhbəri görüş zamanı qeydlərini çıxararaq Berlinin gündəlik açıq şəkildə səsləndirdiyi mövqeyi əks etdirən mətni oxuyub.
Vadeful daha əvvəl ABŞ-ın Rusiya Prezidenti Vladimir Putini dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsini də şərh edib.
Almaniyalı nazir belə imkanlardan istifadə edilməsinin və bunun gələcək danışıqların inkişafına xidmət etməsinin vacibliyini bildirib”, – deyə jurnalist bildirib.
O, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə də xatırladıb:
“Diplomat Vaşinqtonun Putin üçün göndərdiyi dəvətin Rusiya tərəfindən minnətdarlıqla qarşılandığını deyib. Bununla belə, Peskov Rusiya liderinin sammitə gedəcəyi və ABŞ Prezidenti Donald Trampla görüş keçirəcəyi barədə danışmağın hələ tez olduğunu vurğulayıb”.
Safura Bənnayeva
Globalinfo.az