Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq.
Globalinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transferlər müəyyən qədər azalsa da, investisiyalar azalmayacaq. Vəsaitlərin bir hissəsi isə özəl sektorun inkişafı üçün güzəşt alətlərinə yönəldiləcək.
Zaira Akifqızı
Globalinfo.az