cinpin 1

ABŞ-ın Massaçusets ştatından olan demokrat senator Elizabet Uorren Prezident Donald Trampın Çinin sədri Si Cinpini Endryus hərbi bazasında şəxsən qarşılaması qərarını tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, CNN kanalının efirində danışıb.

“Bu, əslində Tramp üçün olduqca tipik haldır. O, diktatorları və Si Cinpinin təmsil etdiyi hakimiyyəti sevir. Düşünürəm ki, Prezident əslində Çin liderinə belə deyir: “Məni incitməyin’”, – deyə Uorren bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin dövlət başçısı Si Cinpini Vaşinqtona səfəri çərçivəsində Endryus hərbi aviabazasında qarşılayıb.

Çin liderinin gəlişi münasibətilə aviabazada təntənəli mərasim təşkil olunub. Qırmızı xalça sərilib, fəxri qarovul dəstəsi düzülüb. Tramp və Si Cinpin görüş zamanı əl sıxaraq qısa söhbət ediblər.

Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib və artilleriya yaylım atəşi açılıb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, o cümlədən B-1 bombardmançıları aviabazanın üzərindən uçuş həyata keçirib.

Ağ Evin açıqlamasına əsasən, ərazidə altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: