netanyahu bmt

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı gözlənilməz addımı ilə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, tribunada peyceri qaldıraraq Livanda “Hizbullah” rəhbərliyinə qarşı həyata keçirilmiş əməliyyatı yada salıb.

Netanyahu çıxışında “Peycerləri xatırlayırsınız? “Hizbullah” çox yaxşı xatırlayır” ifadəsini işlədib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 17–18-də Livanda rabitə vasitələrinin ardıcıl partlaması ilə nəticələnən hücumlar baş vermişdi. Peycerlərin partladılması nəticəsində azı 40 nəfər həlak olmuş, 3 min nəfər yaralanmışdı.

Paylaş: