iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 1

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərami İranın düşmənə “bir qarış da torpaq” güzəştə getməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Kərami bu açıqlamanı İranın şimal-qərbində yerləşən hərbi bazalarda yoxlamalar zamanı verib. 

General bildirib ki, İran 1980-ci illərdə İranİraq müharibəsi zamanı həyata keçirilən “müqəddəs müdafiə” dövründə olduğu kimi, ərazisinin heç bir hissəsindən geri çəkilməyəcək.

İran hakimiyyəti baş verən hər şey üçün qisas alacaq. Tökülən heç bir qan yerdə qalmayacaq”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: