Moskva Hökumətinin Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzi “Navai” ləqəbi ilə tanınan azərbaycan əsilli reper Nəvai Bəkirova qarşı qaldırdığı 91 min rubl məbləğində iddianı geri götürüb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.
Məlumata görə, iddia Bəkirovun bu il mayın 5-də Zubovski bulvarında “Ferrari” markalı avtomobillə törətdiyi yol qəzasından sonra qaldırılıb:
“Hadisə zamanı xəsarət alan olmayıb, lakin işıqfor zədələnib. Navai dəymiş zərəri ödədiyindən sözügedən Mərkəzin ona qarşı artıq heç bir tələbi yoxdur”.