“İrana qarşı hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil, bu üsul effektiv deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“Mənim üçün əsas məqsəd budur. Eyni zamanda, hesab etmirəm ki, ölkəni bombalamaqla rejim dəyişikliyinə nail olmaq mümkündür. Bu, mənim üçün ən yaxşı seçim deyil, çünki belə yanaşma nəticə vermir. Son onilliklərdə biz bu cür səhvlərə bir neçə dəfə yol vermişik”.
Safura Bənnayeva
Globalinfo.az