lavrov 9 900x600 1

“BMT-nin baş katibi Antonio Quterreş Buça hadisələri ilə bağlı açıqlamalarında ziddiyyətə yol verib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“BMT Katibliyinin rəhbəri açıq şəkildə öz açıqlamalarında çaşqınlıq yaşayır. Bir tərəfdən deyir ki, qurbanlar və onların adları barədə məlumat var, lakin məxfi xarakter daşıdığı üçün onları paylaşmaq olmaz. Digər tərəfdən isə belə məlumatın olmadığını bildirir. Bu, təəccüblü faktdır”, – deyə o bildirib.

Rusiya XİN rəhbəri qeyd edib ki, o, hər il Quterreşə Buçada öldüyü iddia edilən şəxslərin siyahısının açıqlanması ilə bağlı müraciət edib.

Lakin Lavrovun sözlərinə görə, müraciətlərinə yalnız formal cavab verilib.

Qeyd edək ki, Buça hadisələri 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Kiyev vilayətinin Buça şəhərində baş verib. Rusiya qoşunlarının şəhərdən çıxmasından sonra burada çoxsaylı mülki şəxsin öldürüldüyü barədə məlumatlar yayılıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Buçada mülki şəxslərin öldürülməsi hallarını sənədləşdirib və bəzi ölümlərin məhkəməsiz edam xarakteri daşıdığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: