kiyev 123

Ukraynada dövlət himninin sözlərinin dəyişdirilməsi ilə bağlı petisiya başladılıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən petisiyada himnin mətnində ölümə istinad və çağırışların aradan qaldırılması təklif olunur.

Təşəbbüs müəllifləri himnin musiqisinin dəyişdirilməməsini, yalnız sözlərin yenilənməsini təklif edirlər.

Petisiyada himnin “Nə Ukraynanın şöhrəti, nə də azadlığı hələ ölməyib” sətrinin “Ukraynanın şöhrəti və azadlığı çiçəklənir” ifadəsi ilə əvəzlənməsi təklifi irəli sürülüb.

Bundan əlavə, “Azadlığımız üçün ruhumuzu və bədənimizi qurban verəcəyik” ifadəsinin “Azadlığı seçərək ruhumuzu və bədənimizi oyatdıq” sözləri ilə dəyişdirilməsi təklif olunub.

Tahir Turan
Globalinfo.az

Paylaş: