Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
***18:35
Paytaxtın Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın başlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində qeydə alınıb
***18:15
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində mənzildə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.