“Adı Albaniya olsa da, söhbət bizim siyasətdən gedir”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu tarix elmleri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminar zamanı deyib.
O bildirib ki, Albaniya doğma dövlətimiz olub və bu dövlətimizin işinə qarşı göz tikənlər var: “Əsas söhbət bizim tariximizdən, xüsusilə də Azərbaycan dövlətçiliyinin qədimliyindən gedir. Bu məsələdə sovet tarixşünaslığından bizə miras qalan bəzi yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranır.
Sovet dövründə geniş qəbul edilmiş yanaşmaya görə, Atropatena dövləti e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin imperiyası dövründə meydana çıxıb. Yəni buna əsasən, Atropatena ilə Qafqaz Albaniyası təxminən eyni tarixi dövrdə yaranmış, müstəqil dövlət qurumları olub. Nəticədə onların arasında hər hansı tarixi və siyasi bağlılığın olmadığı fikri formalaşıb”.