2014 Stepanakert Plac Odrodzenia 02

Bir insan heç vaxt ayaq basmadığı şəhəri küçəküçə necə tanıya bilər?

Müharibə vaxtı ən çox zaman keçirdiyim qruplar ErmənistanQarabağ ermənilərinin “Telegram” kanalları idi. Xüsusilə 2023-cü ildə 70-ə yaxın qrupda, fərqli sosial platformalardakı icmada zaman keçirir, bütün paylaşımlarını, hətta öz aralarındakı müzakirələri tək-tək izləməyə çalışırdım. Məqsədim son vəziyyətlə bağlı məlumat toplamaq, onları xəbərə çevirmək idi. Çünki erməni saytları, TV-ləri “Telegram”ın yanına daha passiv qalırdı, bir-biriləri ilə xəbərləşir, sosiala, mətbuata çıxarmaq istədikləri görüntüləri ilk orada paylaşırdılar.

2023-cü ildə isə “blokada” adlandırdıqları müddətdə ən çox Xankəndi ermənilərinin qrup və icmalarını tapmağa çalışırdım. O zamanlardakı vəziyyətimi görənlər bilir. Bütün dünyaya “blokadadayıq” çağırışı edib, Xankəndidə restoranlarda toy-bayram, şənliklər keçirdikləri müddət idi.

Şəhəri küçə-küçə paylaşırdılar. Son vəziyyət, baş verənlər, bir-birilərinə göstərmək istədikləri mənzərələr və s. Çoxunda hər şeyin normal olduğu görünürdü. Amma daha sonra “günahsız vətəndaşların aclıqdan ürəyi gedir”, “çörək növbəsində huşlarını itirirlər” məzmunlu görüntülərin ortaya çıxarılmasına başlanıldı. Eyni anda, ard-arda. İlk paylaşılan və beynəlxalq mətbuata çıxarılan “huşunu itirmə” videosu isə aşağıdakı fotoda görünən küçədən idi, yolun digər tərəfində, ağacın altında dayanan bir şəxs, yanlış xatırlamıramsa, yaşlı kişi, ya da qadın idi, sanki yerə yıxılır, kənardakılar da ona doğru qaçıb kömək etməyə çalışırdılar. Amma ətrafda maşınlar dayanmır, bir neçə nəfərdən başqa qalanları öz yollarına, işlərinə davam edirdilər. Yəni hadisənin qurma olduğu bəlli idi. Lakin videonu xeyli müddət paylaşdılar, sonra ardı da gəldi. Videoda kamera yolu fotonun çəkildiyi istiqamətə, yəni dayandığım parkın pilləkənlərinə tərəf qeydə alırdı. Təəssüf ki, o görüntünü hazırda tapa bilmirəm.

WhatsApp Image 2026 09 21 at 13.21.58 1
Xankəndi, 2025-ci il

İşğaldan azad olunan digər bölgələri, həmçinin Şuşanı da böyük maraqla addım-addım gəzdim, kəşf etdim. Amma Xankəndi… Əsla yad deyildi. “Gəlin, mən tanıyıram”, – deyərək valideynlərimi yanıma alıb videolardan yadımda qalan küçələri tək-tək gəzir, onlara gördüklərimi, Azərbaycan Ordusu ora ayaq basmamışdan əvvəl yaşananları danışırdım. Bu küçəni görəndə də xeyli gülmüşdüm. 20-30 dəqiqə dayanıb sadəcə yolun digər tərəfini izlədim. Hər kəs parkda pianoda çalınan musiqini dinləyir, hüzur içində şəhəri müşahidə edirdi. Mən isə sadəcə küçəyə baxırdım. Çünki möcüzə idi, doğulduğun gündən sənə danışılan, daha böyük güclər tərəfindən sanki ömürlük itirdiyinə inandırılmağa çalışıldığın torpaqları görmək möcüzə idi. İki il əvvəl orada xalqına əzablar verənlərin ayaqları gəzir, nəfəsi havanı korlayırdı, amma artıq torpağa o əzilən xalqın böyüyüb, yetişib sahib olduğunu geri almaq üçün canını ortaya qoyan varisləri bütün oyunları pozaraq ayaq basır. Videolarda həsrət və həyəcanla izlədiyim o küçələri özüm gəzirəm, qorxusuz, qürurlu şəkildə.

Bu uğurda canından, sağlamlığından, rahatlığından keçən hər kəsə ömür boyu vəfa borcumuz var!

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: