Şəhid ailə üzvlərinə yeni güzəşt təklif olunub.
Globalinfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə (o cümlədən universitet və orta məktəblərdə) çalışmanın yaş həddi 65 yaş müəyyən edilib.
Deputat bildirib ki, qanun elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində xüsusi xidmətləri olan işçilər üçün bu müddətin müvafiq dövlət orqanı tərəfindən uzadılması imkanını nəzərdə tutsa da, bu, fərdi qərara bağlı, məcburi olmayan bir prosedurdur: “Şəhid ailə üzvləri, xüsusilə şəhid anaları üçün ayrıca, avtomatik tətbiq olunan norma mövcud deyil. Təklif edirəm ki, mək Məcəlləsinin 10-1.3-cü maddəsinə əlavə edilməklə, şəhid ailə üzvləri (xüsusilə şəhid anaları) ayrıca kateqoriya kimi göstərilsin və onlar üçün yaş həddinin uzadılması müraciət əsasında, sadələşdirilmiş qaydada həyata keçirilsin. Bu kateqoriya üçün uzadılma müddəti ümumi 5 illik limitdən artıq müəyyən edilsin və ya bu limitə tabe olmasın. Alternativ variant olaraq, təhsil müəssisələrində çalışan şəhid ailə üzvlərinə 65 yaşdan sonra da işləmək hüququ şəhid ailələrinə dair sosial müdafiə qanunvericiliyi çərçivəsində ayrıca güzəşt normativi kimi rəsmiləşdirilsin”.