Avropalı müttəfiqlər Ukraynanı qışa hazırlamaq üçün ölkəyə avadanlıq göndərməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Avropa ölkələri Kiyevə elektrik stansiyaları üçün ehtiyat hissələri və istilik avadanlıqları göndərir. Həmçinin bu ay Almaniya və bir sıra digər Avropa ölkələri daha çox “Patriot” hava hücumundan müdafiə sistemi alacaqlarını və öz ehtiyatlarındakı raketləri Ukraynaya göndərəcəklərini açıqlayıblar.
Ukraynanın Baş naziri Sergey Koretski tərəfdaşları zədələnmiş obyektlərin operativ bərpası üçün xüsusi texnika, avadanlıq və personal göndərməyə çağırıb. O, həmçinin maliyyələşdirmə ilə bağlı qeyri-müəyyənliyin azaldılmasının, Kiyevə qarşı orta və uzunmüddətli öhdəliklərin götürülməsinin vacibliyini vurğulayıb.
Yüksək vəzifəli avropalı məmurlardan biri Ukraynanın qışı keçirə bilməyəcəyi təqdirdə, nəticədə müharibəni uduzacağından narahatlığını ifadə edib”, – deyə materialda bildirilir.
Bundan əvvəl Xarkov meri İqor Terexov Ukraynanın enerji obyektlərinin dağıdılması və vəsait çatışmazlığı səbəbindən qarşıdakı qışı keçirməsinin çətin olacağını bildirmişdi.
Onun sözlərinə görə, bir çox obyekt dağıdılıb və onları qısa müddətdə bərpa etmək mümkün deyil.
Terexov qeyd edib ki, həm dövlətin, həm də yerli özünüidarəetmə orqanlarının, xüsusilə cəbhəyanı şəhərlərin vəsaiti kəskin şəkildə çatışmır.
Əliyar Xəlil
Globalinfo.az