“ABŞ Prezidenti Donald Trampın xəritəsində Amerika ərazisi kimi göstərilən Sen-Pyer və Mikelon arxipelaqı Fransaya məxsus olaraq qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Tramp daha əvvəl “Truth Social” hesabında ABŞ bayrağının rəngləri ilə işarələnmiş xəritə paylaşmışdı.
Xəritədə Kuba, Kanada, Meksika, Karib hövzəsi və Fransanın bəzi dənizaşırı əraziləri də yer almışdı.
Safura Bənnayeva
Globalinfo.az