Sara Nabikoglu

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.

Globalinfo.az xəbər verir ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb.

Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.

Paylaş: