ABŞ Məxfi Xidməti Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampla danışmaq tələb edən bir kişini saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirib ki, şənbə günü hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər Ağ Evin yaxınlığındakı Lafayet meydanında yolu mühasirəyə alıblar.

Buna avtomobilin təhlükəsizlik hasarının yaxınlığındakı səkiyə çırpılması səbəb olub.

“Hadisə yerində təhlükəsizlik qaydalarının pozulması barədə məlumat daxil olduqdan sonra Məxfi Xidmət əməkdaşları Ağ Evin yaxınlığında bir kişini saxlayıblar”, – deyə məlumatda bildirilir.

Nəşrin yazdığına görə, avtomobili idarə edən kişiyə əl qandalları taxıldıqdan sonra o, ABŞ lideri ilə danışmaq tələb edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: