
*** 11:14
Ermənistan hökuməti Kərki kəndində yaşayan sakinlərin başqa əraziyə köçürülməsi məsələsini müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla Baş nazir Nikol Paşinyan arasında fikir mübadiləsi aparılıb.
Bildirilir ki, Xudatyan Paşinyana məsələ ilə bağlı üç variant təqdim edib.
Variantlardan ikisi mövcud yaşayış məntəqələrində müəyyən dəyişikliklər edilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur.
Digər variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların Ermənistanın başqa ərazilərinə köçürülməsidir.
Qeyd edək ki, Kərki Azərbaycanın Sədərək rayonunda yerləşən və hazırda Ermənistanın nəzarətində olan eksklavdır.
Ermənistan Baş naziri Nikol Paşinyan kəndi Azərbaycan dilində “Kərki” adı ilə təqdim edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmadığını bildirir.