1015553 src

ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyasını dəstəkləmək üçün məsləhət və təcrübə mübadiləsi proqramlarının bütün imkanlarından istifadə etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 17-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində iki ölkə arasında müdafiə üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

ABŞ Müdafiə Nazirinin köməkçisinin müavini Endryu Lumis Vaşinqtonun İrəvana müdafiə islahatlarının həyata keçirilməsində dəstəyi davam etdirməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, ABŞ Ermənistanın həyata keçirdiyi müdafiə islahatlarını məsləhət proqramları, təcrübə mübadiləsi və digər istiqamətlər üzrə dəstək mexanizmlərinin imkanlarından yararlanmaqla dəstəkləməyə davam edəcək.

Görüşdə müdafiə sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub və gələcək əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib.

ABŞ Ermənistan Silahlı Qüvvələrinin strukturunun islahatı prosesinə müasir yanaşmaların inteqrasiyası üçün mövcud təcrübə mübadiləsi mexanizmlərindən istifadə etməyi planlaşdırır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: