abs iran danisiqlar 900x600 1

İran ABŞ-a müharibənin dayandırılması ilə bağlı təklif təqdim edib.

Globalinfo.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi açıqlayıb.

Onun sözlərinə görə, Tehranın şərtləri Qətərdən olan vasitəçi vasitəsilə Vaşinqtona çatdırılıb. İran ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.

Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını, xaricdəki İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını və dəniz blokadasının götürülməsini tələb edir.

Rzayi həmçinin İranın Səudiyyə Ərəbistanı ilə Yəmən arasında müharibənin başa çatmasının tərəfdarı olduğunu bildirib.

Bu arada, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gecə və gündüz saatlarında hücumlar həyata keçirildiyi bildirilib.

Husilərin siyasi bürosunun üzvü Hazim əl-Əsəd Səudiyyə Ərəbistanını Yəmən xalqına qarşı “irəli getməkdə” ittiham edib. O, blokada və hücumları tənqid edərək, bundan sonra daha ciddi hadisələrin baş verəcəyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: