6aac0650d67956aac0650d679617896587046aac0650d67936aac0650d6794 1

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.

İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Paylaş: