giraqosyan

Ermənistandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan beyin qanaması keçirdikdən sonra İstanbulda xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, Giraqosyan işgüzar görüşdə iştirak etmək üçün İstanbula gəlib, lakin son bir həftə ərzində səhhəti pisləşib. Ona beyin qanaması diaqnozu qoyulub.

Qeyd edək ki, Riçard Giraqosyan 8 yanvar 1965-ci ildə ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində anadan olub. O, 2002-ci ildən 2006-cı ilə qədər Con Kennedi Xüsusi Müharibə Mərkəzində və Fort Braqq Məktəbində ABŞ Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri üçün qonaq müəllim kimi çalışmışdır.

Giraqosyan doqquz il ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin (JEC) peşəkar heyət üzvü olub. O, Asiya İnkişaf Bankında, Avropa Birliyinin Ermənistandakı Nümayəndəliyində, Fransa Müdafiə Nazirliyində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, o cümlədən ABŞ Dövlət Departamentində məsləhətçi işləyib.

Paylaş: