makron 1 900x634 1

Fransalı jurnalist Nataşa Rey xərçəng xəstəliyindən vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun həmkarı Ksavyer Pussar “X” sosial şəbəkəsində məlumat yayıb.

Nataşa Rey Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı iddialar səsləndirməsi ilə gündəmə gəlmişdi. O, Bricit Makronun əslində kişi olduğunu iddia edirdi.

Jurnalistin ölüm səbəbinin xərçəng xəstəliyi olduğu bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: