tiqana 1313

Ötən gün “Beşiktaş” – “Marsel” matçını izləmək üçün İstanbula gələn fransalı məşqçi Jan Tiqananın hələ də ağzında diş çöpü gəzdirməsi diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, azarkeşlər Tiqananın niyə diş çöpü ilə gəzdiyini müzakirə ediblər.

Məlumata görə, Tiqana bu vərdişə 18 yaşında siqareti tərgitdikdən sonra başlayıb. O, siqareti buraxdıqdan sonra əllərini və ağzını məşğul saxlamaq üçün diş çöpündən istifadə edib.

Zamanla diş çöpü Tiqana üçün gündəlik həyatının ayrılmaz hissəsi olub. Fransalı mütəxəssis 30 ildən artıqdır ki, həm futbol meydanlarında, həm də gündəlik həyatında bu vərdişini davam etdirir.

Qeyd edək ki, J.Tiqana 2005-2007-ci illərdə “Beşiktaş”ın baş məşqçisi olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: