media Quterres ecb670

“Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada və Yaxın Şərqdə münaqişələrin dayandırılması məsələlərində iflic vəziyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş “Associated Press” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, geosiyasi fikir ayrılıqları səbəbindən BMT-nin Ukraynada və Yaxın Şərqdə sülhün təmin olunmasına kömək etmək üçün təsir rıçaqları yoxdur.

“Hazırda bəzi ölkələr təşkilatın Nizamnaməsinə əməl edib-etməməyə əhəmiyyət vermirlər. Əlbəttə, bu, bəzən razılaşmalar əldə etmək imkanlarımızı məhdudlaşdırır. Amma heç vaxt bizi sivil cəmiyyətin əsaslanmalı olduğu dəyərlərdən geri çəkilməyə məcbur etməyəcək”, – deyə Quterreş bildirib.

O, həmçinin müxtəlif ölkələrin nümayəndələri ilə Ukraynada və Yaxın Şərqdə sülh məsələlərini müzakirə etməyi planlaşdırdığını deyib.

Quterreş bu məsələdə yalnız ABŞ və BMT-nin deyil, bütün beynəlxalq ictimaiyyətin səylərini birləşdirə biləcəyinə ümid etdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: