
“Azərbaycandan idxal edilən benzin olmasaydı, Ermənistanda yanacağın qiyməti beynəlxalq bazardakı artıma uyğun olaraq daha yüksək səviyyəyə qalxa bilərdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazirin sözlərinə görə, dünya bazarında benzinin qiyməti dəfələrlə artdığı halda, Ermənistanda bahalaşma faizlə ifadə olunan səviyyədə qalıb.
Papoyan mayeləşdirilmiş qazın qiymətindəki dəyişikliklərin də oxşar səbəblərlə əlaqəli olduğunu qeyd edib:
“İran, Gürcüstan və Rusiyadan sement tədarükündə müəyyən çətinliklər yaranıb. Həmin ölkələrdə də sementə tələbat yüksək olduğundan Ermənistanın idxalçılarına əvvəlki həcmdə məhsul təqdim etmək mümkün deyil”.
Safura Bənnayeva
Globalinfo.az