ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Globalinfo.az xəbər verir ki, səsvermədə layihə 262 lehinə, 159 əleyhinə səslə təsdiqlənib.
Layihə Rusiyaya əlavə sanksiyaların tətbiqini, ölkənin enerji sektoruna və neft daşıyan “kölgə donanmasına” qarşı tədbirləri nəzərdə tutur.
Sənədin qanuna çevrilməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.