zaxarova 0

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, Zaxarova TASS-a müsahibəsində Kallasın “rusofobiyaya qapıldığını” və “qırılmış maqnitofon” kimi eyni mövqeni təkrarladığını bildirib.

Diplomatın sözlərinə görə, Kallasın açıqlamaları Avropa İttifaqı ölkələrinin vətəndaşlarının maraqlarına xidmət etmir.

“Onun Brüsselə və Avropa İttifaqına bu ölkələrin vətəndaşlarının maraqları baxımından fayda verəcək heç nə deməməsi təəssüf doğurur. Onlara əhəmiyyət vermir”, – deyə Zaxarova bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: