
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O, Ermənistan tərəfinin hərbi baza ilə bağlı hər hansı rəsmi açıqlama vermədiyini bildirib və Rusiya tərəfindən səsləndirilən bəyanatın səbəbini anlamadığını deyib:
“Düzünü desəm, onların niyə belə bir şey dediyini bilmirəm. Baş nazirin də dediyi kimi, istəsələr, qalsınlar, istəsələr, getsinlər. Onlar danışıqlar zamanı bu məsələni gündəmə gətirəndə biz də mövqeyimizi bildirəcəyik”.
A. Simonyan vurğulayıb ki, Ermənistanın heç bir rəsmi şəxsi 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılacağı barədə açıqlama verməyib.
Safura Bənnayeva
Globalinfo.az