bina

Bakıda güclü külək zamanı bəzi binalara ciddi zərər dəyir. Belə ki, bununla bağlı yayılan görüntülərdə binaların fasad hissələrinin qoparaq ətrafa töküldüyü görünür. Bu hal xüsusilə yeni tikili binalarda müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyi (FHN) yeni tikilən binaları təhvil alarkən onların bu cür fors-major hallara davamlılığını yoxlayırmı? Bu proses necə aparılır?

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, fasad elementi binanın ümumi dayanıqlığına təsir edən amil deyil:

“Eyni zamanda, bildiririk ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binalarda əmlakın təmiri və saxlanılması sahə mülkiyyətçilərinin hüquq və vəzifələrinə aiddir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: