israil herbciler

İsrail hərbçiləri Fələstinin İordan çayının qərb sahilində iranlı jurnalist Nakka Həmədini qaçırıb.

Globalinfo.az xəbər verir ki, Press TV-nin məlumatına görə, hadisə Beytləhm yaxınlığındakı hərbi nəzarət məntəqəsində baş verib.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri Press TV-nin müxbiri Nakka Həmədini və onun çəkiliş qrupunu saxlayaraq axtarış keçiriblər.

Məlumata görə, çəkiliş qrupunun üzvləri daha sonra sərbəst buraxılıb, lakin jurnalistin saxlanılması davam etdirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: