
ABŞ hipersəs raketlərinin kütləvi istehsalına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vest Point Hərbi Akademiyasında keçirilən mərasimdə çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bu cür silahları çoxdan hazırlayıb.
“Biz tərtibatçıyıq. Amerikanın hipersəs raketləri ilə bağlı layihələr Barak Obamanın prezident olduğu dövrdə oğurlanıb. Onları oğurlayıblar. Bilirsiniz, onları kim oğurlayıb? Ruslar oğurlayıb. “, – o əlavə edib.