Almaniya kansleri Fridrix Merz İranın Hörmüz boğazındakı blokadaya son qoymalı, hərbi nüvə proqramını dayandırmalı və Yaxın Şərqdəki silahlı müttəfiq qruplaşmalara dəstəyini kəsməli olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, kansler şərtinin məqsədini də açıqlayıb:
“Məqsəd İranın nəhayət bu blokadaya son qoyması, hər şeydən əvvəl isə hərbi nüvə proqramını dayandırmasıdır”, – deyə Merz vurğulayıb.
Kanslerin sözlərinə görə, Tehran həmçinin Yaxın Şərqdə əlaqəli olduğu silahlı qruplaşmaları dəstəkləməkdən imtina etməlidir.
“Biz bunun nəticələrini hər gün görürük”, – Merz əlavə edib.
Almaniya həmçinin münaqişənin İraq ərazisinə yayılmasının qarşısının alınması üçün İrana çağırış edib.
Əliyar Xəlil