WhatsApp Image 2023 11 16 at 15.12.22

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda hərbi təlimlərə başlaması İrəvandan qisas əməliyyatıdır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Lurer” nəşri çıxış edib.

Bildirilir ki, “Rubej-2026” adı ilə keçirilən təlimlərdə Qazaxıstan, Rusiya, Qırğızıstan və Tacikistandan 1 500-ə yaxın hərbçi iştirak edir. Ermənistan isə təlimlərə dəvət olunmayıb.

Məlumata görə, sentyabrın 13-dən 18-dək davam edəcək hərbi təlimlərdə dağlıq ərazilərdə mümkün təhdidlərə operativ reaksiya, qoşunların birgə fəaliyyəti və qərargahlararası koordinasiya üzrə hazırlıq keçirilir.

Təlimlərə 300-dən çox hərbi və xüsusi texnika, o cümlədən 115 pilotsuz uçuş aparatı cəlb olunub. Hərbçilər dağlıq və səhra ərazilərində sərhədçilər və Milli Qvardiya ilə birgə əməliyyatlar üzrə də məşq edirlər.

Ermənistanın KTMT ilə münasibətlərinin faktiki olaraq dondurulduğu bir vaxtda təşkilatın İrəvanın iştirakı olmadan belə genişmiqyaslı təlim keçirməsi diqqət çəkir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: