lavrov 9 900x600 1

“ABŞ və Rusiya prezidentlərinin Ankoricdə keçirilən sammitində müəyyən razılaşmalar əldə olunub”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Moskva Vaşinqtonun irəli sürdüyü təklifi heç bir dəyişiklik etmədən qəbul edib və bunun özü tərəflər arasında razılaşmanın olduğunu göstərir:

“Razılaşma əldə olunmuşdu. Sən təklif irəli sürürsən və qarşı tərəf həmin təklifi heç bir dəyişiklik etmədən qəbul edirsə, bu, razılaşma deyilmi? Əlbəttə, razılaşmadır. Ən azı dürüst insanlar arasında belədir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: