nigarin nisanlisi

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqin keçmiş nişanlısı Xan nişanın pozulması ilə bağlı açıqlama verib.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, “Şadlıq olsun” verilişində qonaq olan ifaçı aralarındakı ayrılığın xəyanətlə bağlı olmadığını bildirib:

“Beş cümlədən ibarət olan açıqlama məni cəmiyyət içinə çıxmağa qoymur. Xalqı bir müsahibə ilə mənim üstümə qaldırmaq nə deməkdir? Nigar xanımı qoşun xəttə, görək mən haçan ona xəyanət etmişəm? Müsahibə verəndə olduğu kimi verin. Ayrılığın nədən olduğunu deyin.

Bura qeybət qırmağa gəlməmişəm. Fatma xanıma da, Nigar xanıma da hörmətim var. Ona görə də susuram. Həqiqət odur ki, xasiyyətimiz uyğun gəlmədi. Nişan bir-birini tanımaq deməkdir. Ortada nə yalan, nə də xəyanət olub”.

Paylaş: